YAP-çı deputat Yaqublu məsələsi barədə nə deyib? – Novella Cəfəroğlu aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

YAP-çı deputat Yaqublu məsələsi barədə nə deyib? – Novella Cəfəroğlu aydınlıq gətirdi

Siyasət

11 Sentyabr 2020 15:02 1841


Müsavat Partiyasının üzvü  Tofiq Yaqublunun azadlığa çıxması üçün yaradılan İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfərovlu bu məsələ barədə deputat Siyavuş Novruzovla danışmayıb.

Bu barədə Yenisabah.az-a hüquq müdafiəçisinin özü bildirib.

“Mən deməmişəm ki, Siyavuş Novruzovla danışmışam. Sadəcə mediada Siyavuş Novruzovun Tofiq Yaqublunun azadlığa çıxmasına tərəfdar olması ilə bağlı fikirlərini oxumuşam. Bu baxımdan, Siyavuş Novruzovun da onun azadlığa çıxmasını istədiyini bildirmişəm”, - deyə Novella Cəfəroğlu əlavə edib. Toyuqlu pizza

Bir neçə gün əvvəl Novella Cəfəroğlunun adından Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Siyavuş Novruzovun Tofiq Yaqublunun azadlığa buraxılmasına tərəfdar olması barədə açıqlama yayılıb. YAP-çı deputat bu gün deyilənləri təkzib edib. O, axar.az-a bildirib ki, Novella Cəfəroğlu ilə bu barədə hər hansı söhbəti olmayıb və deyilənlər həqiqətəuyğun deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!