YAP-dan Abel Məhhərrəmovla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

YAP-dan Abel Məhhərrəmovla bağlı AÇIQLAMA

Siyasət

22 Avqust 2020 16:46 2227


Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı  BDU-nun rektoru verməlidir: Toyuqlu pizza

“Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun Üzvi kimya kafedrasının müdiri olduğuna görə onunla bağlı qərarı biz verə bilmərik.

Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!