YAP-dan Əli Əhmədova böyük etimad - Bu posta gətirilir 

saytların hazırlanması

Evə çatdırılma

YAP-dan Əli Əhmədova böyük etimad - Bu posta gətirilir 

Siyasət

23 Sentyabr 2024 10:34 10875


Xəbər verdiyimiz kimi, bugün VII çağırış Milli Məclisin ilk iclası keçiriləcək. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, parlament rəhbərliyində təmsil olunacaq şəxslərin adları bəllidir. Milli Məclisdə çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyası sədr postuna deputat Sahibə Qafarovanın namizədliyini irəli sürüb. Sədrin birinci müavininin kimliyini də iqtidar partiyası müəyyən edib. Ən son məlumatlara görə, YAP Milli Məclis sədrinin birinci müavini postuna Baş nazirin sabiq müavini Əli Əhmədovun namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri vəzifəsinə deputat Musa Qasımlının və deputat Rafael Hüseynovun namizədlikləri irəli sürülüb.  pizza hut

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!