YAP-dan koronavirusla mübarizəyə töhfə   - 200 min ayırdılar

saytların hazırlanması

Evə çatdırılma

YAP-dan koronavirusla mübarizəyə töhfə - 200 min ayırdılar

Siyasət

20 Mart 2020 14:45 686


Yeni Azərbaycan Partiyası koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

Yenisabah.az xəbər verir ki, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsundə iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib.

Yeni Azərbaycan Partiyası Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin 19 mart tarixli  Sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək, Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Marqarita pizza

Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!