YAP deputatlığa namizədlərinin siyahısını bu tarixdə açıqlayacaq 

saytların hazırlanması

Evə çatdırılma

YAP deputatlığa namizədlərinin siyahısını bu tarixdə açıqlayacaq 

Siyasət

08 İyul 2024 13:20 991


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Artıq siyasi partiyalar mövqeyini qətiləşdirir, iddiaçılar mübarizəyə qoşulacaqları dairələri müəyyənləşdirirlər. 

Yenisabah.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbəyə ən iddialı tərəf hakim Yeni Azərbaycan Partiyasıdır. YAP-ın bu dəfə parlamentdəki yerlərin ən azı 80-85-nə iddia etdiyi bildirilir. Buna görə də iqtidar partiyasının deputatlığa namizədlərinin siyahısında kimlərin adının yer alacağı hazırda ən çox müzakirə olunan məsələlərdəndir. Bu isə YAP-ın yekun siyahını açıqladığı zaman bəlli olacaq. 

“Yeni Sabah” YAP-ın depuatatlığa namizədlərinin siyahısını açıqlayacağı tarixi öyrənə bilib. Partiyadakı mənbə saytımıza deyib ki, iqtidar partiyası namizədlərinin siyahısını bu həftənin çərşənbə günü, iyulun 10-da açıqlayacaq.  Sezar pizza

Məlumatlı şəxs siyahıda sürpriz isimlərin olduğunu bildirib. Qeyd edib ki, YAP bu dəfə intellektual göstəriciləri ilə seçilən namizədlərə üstünlük verib. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!