YAP-ın namizədləri qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın namizədləri qeydə alındı

Siyasət

07 Yanvar 2020 17:31 1206


Milli Məclis seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi "facebook" səhifəsində yazıb.

O bildirib ki, YAP parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb: "Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!