YAP-ın ötən il üçün gəlir və xərcləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın ötən il üçün gəlir və xərcləri açıqlandı

Siyasət

06 Mart 2020 18:52 773


Yeni Azərbaycan Partiyası (YAP İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

"Yeni Sabah" xəbər verir ki, qeyd olunub ki, 2019-cu ildə YAP-ın gəlirləri 10 668 284 manat olub.

Bunun 9 309 025  manatını üzvlük haqları, 1 359 259 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib. Toyuqlu pizza

Partiyanın hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına,  214 214 manatı təmir işlərinə, 481 232  manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!