Yapon qadın ərinin ibadətindən təsirlənib müsəlman oldu - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Yapon qadın ərinin ibadətindən təsirlənib müsəlman oldu - FOTOLAR

Maraqlı

27 Avqust 2022 14:00 1330


Kütahyanın Simav rayonunda yaşayan Çisato Türkmən adlı yapon qadın türk həyat yoldaşının ibadətindən təsirlənərək müsəlman olub.

Yenisabah.az bildirir ki, Simav rayon Müftiliyində keçirilən din dəyişdirmə mərasimində kəlmeyi-şəhadətini gətirən Çisato müsəlman olduqdan sonra Canan adını götürüb. Rayon Müfti müavini Feyzullah Küçükçakırın nəzarəti ilə Mərkəz Yeni Məscidində keçirilən din dəyişdirmə mərasimində həyat yoldaşı Oytun Türkmən (34) vasitəsilə Çisatoya (32) Quran oxunub, iman və İslamın şərtləri izah edilib. Sonra şahidlərin yanında şəhadət verən Çisato müsəlman olub. Çisatoya islam dinini qəbul etməsinə dair sənəd, yapon dini biliklər kitabı və Quran hədiyyə olunub. Həyat yoldaşı Oytun Türkmən Anadolu Agentliyinə (AA) deyib ki, o, heç vaxt həyat yoldaşını müsəlman olmağa məcbur etməyib. Bundan başqa, 2017-ci ildə işləmək üçün getdiyi Yaponiyaya dostları vasitəsilə tanış olduğu Çisato ilə evləndiyini deyib:

“Evliliyimizdən 4 yaşında bir qızımız var. Həyat yoldaşım çox təsirləndi. Mənə və mənim müsəlman ətrafımın uibadətindən çox təsirlənib və İslamı araşdırmağa başladı. Mən ona Yaponca Quran tərcüməsi verdim Mən Quranın tərcüməsini oxuduqca daha çox təsirləndi və mənə müsəlman olmaq istədiyini dedi Simava gələndə həyat yoldaşım dinqəbul etmə mərasimi ilə də müsəlman oldu”. pizza mizza

 İmamət İSMAYILOVA 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!