“Yaponçik“in qatilləri məhkəmə qarşısında   - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

“Yaponçik“in qatilləri məhkəmə qarşısında - ADLAR

Kriminal

12 Mart 2021 14:23 2165


Rusiya Baş Prokurorluğu kriminal avtoritet Vyaçeslav İvankovun (“Yaponçik”) qətlində günahkar bilinənlərin işini məhkəməyə göndərib.

Yenisabah.az lent.az-a istindən xəbər verir ki, qətldə iştirak edən Kaxa Qazzayev, Murtaz Şadaniya və Cambul Canaşiya, habelə Astamur Butba və Nuqzar Papavanın cinayət əməli tam sübut olunub.

Məhkəmənin yaxın günlərdə başlayacağı deyilir. Pepperoni pizza

Xatırladaq ki, Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də  Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən “Tayskiy slon” restoranından çıxan zaman atəş açılmışdı. Avtomobildə gizlənən killer təxminən 70 metrdən snayper tüfəngi ilə onun qarnından vurmuşdu. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmamışdı. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də, oktyabrın 9-da səhər tezdən dünyasını dəyişmişdi.

Adətən xaricdə yaşayan “Yaponçik” sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!