Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparıldı

İqtisadiyyat

05 Sentyabr 2022 21:14 1717


Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Görüşdə ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verildiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. Sezar pizza

Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!