Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırdı

Dünya

05 Aprel 2025 19:38 298


Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları ölkənin hava məkanına Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsi daxil olduqdan sonra havaya qaldırılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Məlumata görə, ötən gün “İl-20” təyyarəsi Hokkaydo və Honsyu adalarının qərb sahilləri boyunca Yapon dənizi akvatoriyası üzərində uçuş edib. Dördpendirli pizza

Bildirilib ki, cavab olaraq Yaponiyanın Özünümüdafiə Hava Qüvvələrinin Şimal Hava Hücumundan Müdafiə qüvvələri və digər qırıcıları havaya qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!