Yaponiya şokda: Naməlum şəxs gizli yollarla İmperatorun sarayına daxil oldu

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya şokda: Naməlum şəxs gizli yollarla İmperatorun sarayına daxil oldu

Dünya

03 Yanvar 2021 16:35 851


Yaponiya İmperatoru Naruhito və şahzadələrin yaşadığı İmperatorluq Sarayına naməlum şəxs daxil ola bilib.

Yenisabah.az xarici KİV-ə istinadən bildirir ki, əslində çox güclü mühafizə edilən saraya naməlum şəxsin girə bilməsi hamını təəccübləndirib. Mühafizə əməkdaşları onu 2 saat sonra aşkar edə biliblər.

Saraya daxil olan 29 yaşlı şəxsin adı açıqlanmır. Onun Sarayın qonaqlar üçün nəzərdə tutulmuş kompleksə daxil ola bildiyini söyləyirlər. Toyuqlu pizza

Saxlanılan şəxs polisə bildirib ki, o, İmperator ailəsinin üzvləri ilə tanış olmaq istəyirmiş. Naməlum şəxsin saraya necə daxil olması ilə bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!