Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Yaponiyaya məxsus balıqçı gəmisi ilə Rusiyanın quru yük gəmisi “Amur” toqquşub.
Yenisabah.az xəbər verir ki, bu barədə Baku TV xəbər yayıb.
Monbetsu Balıqçılar Birliyinin gəmisində ümumilikdə beş nəfər olub. Sezar pizza
Qəza zamanı Yaponiyaya məxsus gəmi çevrilib, heyət üzvləri dənizə düşüblər. Balıqçılardan üçü həlak olub, qalan ikisi isə xilas edilərək “Amur” gəmisinin göyərtəsinə qaldırılıb.
Rusiyanın yük gəmisindən xəsarət alanların olmadığı bildirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır. İlkin ehtimallara görə, mürəkkəb hava şəraiti, o cümlədən zəif görüntü toqquşmaya səbəb ola bilərdi.
Telegram kanalımız