Yaponiyada fişəng şousu yanğınla nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada fişəng şousu yanğınla nəticələndi

Dünya

04 Avqust 2025 21:32 160


Yaponiyanın ən böyük liman şəhəri Yokohamada su səthindən fişənglərin buraxılması üçün nəzərdə tutulmuş barja yanıb.

Oxu.az bu barədə NHK telekanalına istinadla xəbər verir.

Bildirilir ki, gəmi "Minato Mirai Smart Festival 2025" fişəng şousunun keçirildiyi yerdə olub. Axşam yerli vaxtla saat 20 radələrində (Bakı vaxtı ilə 15 - red.) barjada yanğın başlayıb və hələ də davam edir. pizza

Gəmidə beş işçi olub, onların hamısı xilas edilib.

Məlumata görə, gəmidə quraşdırılmış fişənglər bir neçə dəfə partlayıb.

Hazırda ekspertlər hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!