Sentyabrın 12-də Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib, lakin sunami xəbərdarlığı elan edilməyib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Sakit okeanın Miyaqi prefekturası sahillərində, ocağının okeanın 40 kilometr dərinliyində yerləşdiyi bildirilir. Dördpendirli pizza
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla Hönşü adasının şimal-şərqində yerləşən bir sıra prefekturalarda hiss olunduğu qeyd edilir. /Azərtac
Telegram kanalımız