Yaponların uzunömürlülüyünün sirri nədədir?

saytların hazırlanması

Evə çatdırılma

Yaponların uzunömürlülüyünün sirri nədədir?

Dünya

12 İyun 2025 01:52 471


Yaponların "Vaşoku" pəhrizi orqanizmin təbii yolla toksinlərdən təmizlənməsinə və sağlamlığın möhkəmlənməsinə kömək edir.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Katya Yanq KP.RU-ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, yaponların qidasının 80 faizi bitki mənşəli, 20 faizi isə əsasən balıq və dəniz məhsullarından ibarət zülal tərkiblidir. Toyuqlu pizza

Rasiona daxil olan bitki mənşəli məhsullar - sellüloz, antosian və polifenollar orqanizmi müxtəlif xarici amillərdən qoruyur və toksinlərdən təmizlənməsini asanlaşdırır.

Yaponlar nadir hallarda ət yeyir, süd yerinə bitki mənşəli əvəzedicilərdən istifadə edir, pendiri isə tofu ilə əvəzləyirlər. Bu cür qida orqanizmi əlavə yükləmədən qoruyur. Omeqa-3 yağları ilə zəngin balıq və dəniz məhsulları ürək-damar sistemini gücləndirir və orqanizmi yodla təmin edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!