“Yaprak dökümü”nün Əli Rzasından üzücü xəbər 

saytların hazırlanması

Evə çatdırılma

“Yaprak dökümü”nün Əli Rzasından üzücü xəbər 

Şou

06 Dekabr 2025 10:36 622


Türkiyənin tanınmış aktyoru Halil Ergun səhhətində ciddi problem yaranıb.

“Yeni Sabah” “Habertürk”ə istinadən xəbər verir ki, aktyora özəl xəstəxanalardan birində əməliyyat olunub.

79 yaşlı Halil Ergunun ürəyinin damarlarından birində daralma aşkarlanıb və həmin damara stent yerləşdirilib. pizza hut

Məlumata əsasən, hazırda aktyorun vəziyyəti stabildir. O, bir gecə xəstəxanada həkimlərin nəzarəti altında saxlanılacaq.

Qeyd edək ki, “Yaprak dökümü” serialı ilə məhşurlaşan Halil Ergun “Böyük yalan”, “Ailə məsələsi”, “Mənə sevməyi öyrət”, “Yolçu”, “Babamın göz yaşları” kimi bir sıra film və seriallarda oynadığı rolarla geniş tamaşaçı rəğbəti qazanıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!