Yaqub Eyyubovu “deep fake”lə Rusiyanın əleyhinə qaldırdılar

saytların hazırlanması

Evə çatdırılma

Yaqub Eyyubovu “deep fake”lə Rusiyanın əleyhinə qaldırdılar

Siyasət

21 İyul 2025 18:05 445


Bir sıra sosial şəbəkə hesablarda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Agentliyin rəyincə, bu, bəlli dairələrin süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir: Sezar pizza

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz".

Vurğulanıb ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!