Yaqub Eyyubovun qohumu həbs edilmədiyini deyir

saytların hazırlanması

Evə çatdırılma

Yaqub Eyyubovun qohumu həbs edilmədiyini deyir

Sosial

20 Dekabr 2019 10:01 1090


Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova DTX-nin ötən gün keçirdiyi əməliyyatda həbs olunduğu haqda xəbərləri bu gün təkzib edib.

"Yeni Sabah"ın xəbərinə görə, o, unikal.org-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”. Sezar pizza

Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

DTX ötən gün Ağstafada əməliyyat keçirərək icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və onun müvini Ramiz Tatarovu həbs edib. Onlar büdcə pullarını mənimsəməkdə, sahibkarlardan və kənd icra nümayəndələrindən rüşvət toplamaqda, digər qanunsuz əməllər törətməkdə ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!