Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
A.Zurufçu bildirib ki, xarici mütəxəssislər bir neçə saatdan bir Yaqub Zurufçunu müayinə edir, konsilium keçirirlər. Dominos pizza
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Telegram kanalımız