Yardım aksiyasına başladılar, yarı yolda qaldılar   – Hesabları donduruldu

saytların hazırlanması

Evə çatdırılma

Yardım aksiyasına başladılar, yarı yolda qaldılar – Hesabları donduruldu

Dünya

31 Mart 2020 21:50 698


Koronavirus infeksiyası Azərbaycanda olduğu kimi Türkiyədə də çoxlu sayda insanı işsiz qoyub.

Yenisabah.az xəbər verir ki, ehtiyac içində olan insanalra yardım etmək üçün müxtəlif aksiyalar keçirilir. Bunlardan ən böyüyü İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun və onun ankaralı həmkarı Mənsur Yavaşın başlatdıqları kampaniyadır.

Bu gün məlum olub ki, hər iki kampaniya çərçivəsində açılan bank hesabları dondurulub. pizza

 Buan səbəb Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun valilərə göndərdiyi təlimat olub. Nazir qüvvədə olan qanunvericiliyin buna icazə vermədiyini bildirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm İstanbulun, həm də Ankaranın bələdiyyə başqanı bu qərarla barışmaq niyyətində deyil. Hər iki başqanın yaxın günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!