Yardım pulları evlərinə ziyan dəyən vətəndaşların kartlarına köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Yardım pulları evlərinə ziyan dəyən vətəndaşların kartlarına köçürüldü

İqtisadiyyat

14 Yanvar 2021 12:39 682


Ermənilərin Vətən müharibəsi zamanı mülki əhalini atəşə tutması nəticəsində evlərinə ziyan dəymiş ailələrin 94.5 faizinə maddi yardım göstərilib.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, artıq yardım üçün ayrılan pullar həmin şəxslərin kartlarına köçürülüb:

“Bu prosesdə bəzi texniki problemlər var və onlar ondan ibarətdir ki, bu kateqoriyaya aid olan bəzi vətəndaşlar ölkədən kənardadırlar. Pandemiya səbəbindən onların gəliş-gedişi problemlidir, bundan əlavə COVİD-19-a yoluxan da var ki, hazırda onlar xəstəxanadadır. Eyni zamanda sənədlərində hansısa uyğunsuzluq olanlar da var”. pizza mizza

İ.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı bütün müraciətlər ədalətli şəkildə araşdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!