“Yardımlıda mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Yardımlıda mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz“ - Deputat

Maraqlı

09 Dekabr 2022 14:03 859


Azərbaycanın bir sıra bölgələrində İran radio və televiziyalarının Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin plenar iclasında deyib.

"Kür çayını keçəndən sonra İran televiziya və radioları bizim efir məkanımıza daxil olur. pizza sifarişi

Bundan başqa, Yardımlı rayonunun sərhədyanı kəndlərinə gedəndə mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz. Bunun qarşısı birmənalı şəkildə alınmalıdır. Bu bizim milli dövlət maraqlarımıza ziddir, informasiya təhlükəsizliyimizə təhdiddir", - deyə deputat vurğulayıb.

M. Qasımlı hesab edir ki, Ucqar dağ kəndlərində internetin keyfiyyəti təmin edilməlidir: "Bu ərazidə yüksək keyfiyyətli interneti təmin edə bilməyən, amma lisenziyası olan şirkətlər sıradan çıxmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!