Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu

Kriminal

03 Fevral 2022 09:25 841


Masallı polisi üzərində silah və narkotik gəzdirən şəxsi yaxalayıb.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən yarım kilo narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb. pizza

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!