Yarım milyardlıq ziyan dəyən ticarət mərkəzi – Nələr yandı?

saytların hazırlanması

Evə çatdırılma

Yarım milyardlıq ziyan dəyən ticarət mərkəzi – Nələr yandı?

Sosial

26 Mart 2019 17:29 1346


Xəbər  verdiyimiz kimi bu gün “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın saat 08:00 radələrində başlayıb və sonra TM-ni bütünlükdə əhatə edib.

“Yeni Sabah” “Diqlas” Ticarət Mərkəzi haqqında məlumatları diqqətinizə çatdırır.

Ticarət Mərkəzi 4 mərtəbədən ibarətdir. Bildirək ki, mərkəzin 1-ci və 2-ci mərtəbəsində əsasən santexnika malları (Topdan satış mərkəzi) satılırdı. 3 və 4-cü mərtəbələrdə isə geyim mağazaları idi. Üst mərtəbələrdə geyim, gəlinlik məhsullarına üstünlük verilirdi. Ticarət Mərkəzində əvvəllər qızıl-zinət malları çox olsa da, sonradan “Lotos” Ticarət Mərkəzinə köçürülüb. Dördpendirli pizza

Hazırda “Diqlas”da az sayda qızıl mağazası fəaliyyət göstərirdi.

Məlumata görə, yanğın nəticəsində dəymiş ziyanın təxminən yarım milyard manata yaxın olduğu bildirilir. 

Qeyd edək ki, TM-də mağazaların kvadratmetrinin qiyməti təxminən 200 manatdan başlayırdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!