“Yarım saat oxudu, pulunu verdim” – Yada düşən xatirələr

saytların hazırlanması

Evə çatdırılma

“Yarım saat oxudu, pulunu verdim” – Yada düşən xatirələr

Şou

18 Sentyabr 2024 12:11 421


"Peşamanam, çəkişməsən, bərkişməzsən. Geridə qalan hadisələrdir. Bu hadisələr olmalı imiş, oldu. Sonda bir-birimizi başa düşdük. O da, mən də başa düşdük ki, biz pis insan deyilik. Aramızda nə baş verdiyini unutmuşam. Bəlkə, birinci mən sancmışam. Məndə hərdən olur... Etdiyimiz cavanlıq səhvləri idi".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər axşamı" verilişində deyib.

O, Xalq artisti Faiq Ağayevlə yaşadığı qalmaqaldan peşman olduğunu dilə gətirib. F.Ağayev isə Nadirlə bağlı heç yerdə danışmadığı xatirəsini bölüşüb: Marqarita pizza

"Dəfələrcən deyib ki, peşmanam baş verənlərə görə. Heç vaxt danışmadığım tarixi deyim. O vaxt mənimlə toylarda Rühəngiz Allahverdiyeva oxuyurdu. O, yenilik xəstəsidir. Bir gün dedi ki, cavan oğlan var, gəl onu daxil edək qrupumuza. Həmin ərəfə kaset dövrü idi. Mədəni bir oğlan gəldi. Toy ərzində də dayanmadan mənə qulluq da edirdi. Yarım saat oxudu, pulunu verdim. Nadirin heç televiziya fəaliyyəti başlamamışdı, Rühəngiz xanımın sayəsində tanıdım. Dedim ki, bunun gələcəyi var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!