Yarızirzəmidə yaşayan Əməkdar artist: “Ev ummuram...“

saytların hazırlanması

Evə çatdırılma

Yarızirzəmidə yaşayan Əməkdar artist: “Ev ummuram...“

Şou

05 Oktyabr 2021 13:16 1082


“Bildiyiniz kimi, hazırda teatrların fəaliyyəti bərpa edilib. Bu hal biz aktyorları çox sevindirir. Hər birimizn zəngin repertuarı var. Sənət adamı səhnədə olmalıdır!”

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov deyib.

Uzun illərdir yarızirzəmi evdə yaşayan sənətçi, mənzil növbəsinə yazılsa da, ala bilmədiyini deyib: Toyuqlu pizza

“Mənzilim yoxdur. Biləcəridə yarımzirzəmi evdə yaşayıram. Artıq uzun illərdir orda qalıram. İki il olar mənzil növbəyə yazılmışam. Mənə bir məktub gəldi ki, ev veriləcək. Amma hələ də verilməyib.

Belə olsa da, eybi yox, mən ev ummuram, yaşlı insanam. Mənə ev lazım deyil, əsas şəhid ailələri və qazilərimizdir. Onlara qələbədən sonra ev verirlər, bu xəbərləri eşidəndə çox sevinirəm, elə bilirəm ki, o ev mənə verilir”./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!