Yaş həddi 75-ə qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Yaş həddi 75-ə qaldırıldı

Siyasət

03 Aprel 2025 08:26 11056


Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

“Yeni Sabah” xəbər verir ki, bu, Milli Məclisin sonuncu iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur. pizza sifarişi

Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NİYƏ MÜƏLLİM 65 , HAKİM İSƏ 75 YAŞADƏK İŞLƏYƏ BİLƏR? BUDURMU ƏDALƏTLİ CƏMİYYƏT? ƏDALƏT NƏ VAXT ZƏFƏR ÇALACAQ?
    1 year ago