Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilməsinin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları həmin restoranda profilaktik tədbir keçirən zaman yas mərasimini sifariş edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat cərimə olunub. Dominos pizza
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq mərasimi təşkil edən restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Həmin şəxs məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.
Telegram kanalımız