Yas mərasimi keçirənlər cərimə edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimi keçirənlər cərimə edildi - Foto

Hadisə

25 Mart 2021 10:14 1058


Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata əsasən, polis əməkdaşları kəndə gələrək yas mərasimini başlamadan dayandırıb.

Mərasimi təşkil edilən şəxslər RPŞ-nə gətirilib. Dördpendirli pizza

RPŞ-də həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 200 manat məbləğində cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!