Yas mərasimi keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimi keçirilməsinin qarşısı alındı

Kriminal

28 Aprel 2021 12:55 610


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını alıblar. Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!