Yas mərasimi təşkil edənlər cərimələndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimi təşkil edənlər cərimələndi - Foto

Kriminal

18 Avqust 2020 14:22 1218


Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.

Yenisabah.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.

Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb. Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon  polis şöbəsinə dəvət olunub. Toyuqlu pizza

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra  hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!