Yas mərasimində bədbəxt hadisə: Döşəmə çökdü, yaralılar var  

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimində bədbəxt hadisə: Döşəmə çökdü, yaralılar var  

Hadisə

23 Noyabr 2023 14:16 715


Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib. 

Yenisabah.az xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb. 

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.  Dominos pizza

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir (Report). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!