Yas mərasimində polisin zorakılıq etməsilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimində polisin zorakılıq etməsilə bağlı RƏSMİ AÇIQLAMA

Kriminal

05 May 2021 16:03 781


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polis tərəfindən Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib.

DİN Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub. Dördpendirli pizza

İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndilimiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!