“Yaşama səbəbim bu quşlardır” – Ürək dağlayan hekayə

saytların hazırlanması

Evə çatdırılma

“Yaşama səbəbim bu quşlardır” – Ürək dağlayan hekayə

Dünya

08 İyul 2025 11:14 345


Türkiyənin Hatay vilayətində ötən il fevralın 6-da baş verən zəlzələdə evləri və həyətində saxladığı göyərçinləri dağıntılar altında qalan Mehmet Altun sevimli məşğuliyyətindən vaz keçməyib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 170-ə yaxın göyərçini tələf olan Altun buna baxmayaraq, quşlara olan sevgisini qoruyub saxlayıb. O, yenidən göyərçin saxlamağa başlayaraq həyətində yeni quş damı tikib. Onun sözlərinə görə, bu məşğuliyyət həm psixoloji cəhətdən təsəlli verir, həm də zəlzələnin yaratdığı mənəvi boşluğu doldurur.

"Zəlzələdə hər şeyimi itirdim, amma bu quşlara baxmaq mənim üçün yaşama səbəbidir", – deyə Altun bildirib. Pepperoni pizza

Xatırladaq ki, Hatayda baş verən zəlzələ Türkiyə tarixinin ən güclü təbii fəlakətlərindən biri kimi yadda qalıb. Hadisə zamanı minlərlə insan həyatını itirmiş, yüz minlərlə ev və obyekt dağılmışdı.

Rəvan Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!