Yasamalda 9 ağac kəsildi - Araşdırma aparılır

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 9 ağac kəsildi - Araşdırma aparılır

Maraqlı

05 Avqust 2022 18:02 1314


Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb. 

Xidmət rəsmisi Vaqif Cavadov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub.

“Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - xidmət rəisi qeyd edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!