Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı 2 nəfər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oktyabrın 16-da Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb. pizza mizza
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız