Yasamalda evdən meyitləri tapılan ər-arvadın ölüm səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda evdən meyitləri tapılan ər-arvadın ölüm səbəbi bilindi

Hadisə

13 Fevral 2024 22:36 1052


Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüat məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib . Pepperoni pizza

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!