Yasamalda kişini evinin qabağında döyüb qarət etdilər

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda kişini evinin qabağında döyüb qarət etdilər

Hadisə

19 Mart 2025 14:24 284


Bakıda quldurluq hadisəsi olub.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Naməlum şəxs Azər Ələkbər oğlu Mehdiyevin yaşadığı evin qarşısında yumruqla üzünə zərbə vuraraq yerə yıxıb. Daha sonra 400 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu, həmçinin 400 manatlıq "Huawei" markalı qol saatını götürərək qaçıb. pizza mizza

Bu barədə zərərçəkən polisə müraciətində bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Anar Ağagül oğlu Babayev saxlanılıb.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!