Yasamalda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - Foto

Hadisə

24 Dekabr 2023 17:33 649


Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsində araşdırmalar davam etdirilir. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!