Yasamalda restoranda nöqsanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Sosial

07 Avqust 2025 19:34 240


Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandankənar yoxlama keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi üzrə qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinini olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma müşahidə edilib. pizza hut

Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!