Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR - VİDEO

Hadisə

27 Mart 2025 14:54 817


Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər. pizza

"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

"Yeni Sabah" bildirir ki, sosial şəbəkədə yayılan xəbərə görə, söküntü işləri "Melissa Park" Tikinti Şirkəti tərəfindən aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!