Yasamalda yaşayış binasında yanğın:   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda yaşayış binasında yanğın: Ölən var

Hadisə

03 Dekabr 2021 20:45 912


Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 150 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 12 m² sahədə, eyvana açılan qapı və pəncərə çərçivəsi yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Abdullayev Sərhəd Səməd oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Pepperoni pizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!