Yasamalda yol tikintisinə görə 132 ağacın kəsilməsi xəbərinə   Agentlikdən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda yol tikintisinə görə 132 ağacın kəsilməsi xəbərinə Agentlikdən reaksiya

Sosial

25 İyul 2019 14:18 1207


Bir müddət öncə Yasamalda yol tikintisinə görə 132 ağacın kəsilməsi ilə bağlı xəbər yayılıb.

“Yeni Sabah” bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu barədəki iddiaları təkzib edib.

Agentlikdən daxil olan açıqlamada deyilir: Marqarita pizza

“Bəzi xəbər saytları iddia edir ki, guya Yasamal rayonunda yol tikintisi zamanı bir gecədə 132 ağac qırılaraq yox edilib.

Bildirmək istəyirik ki, paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, tıxaclarının qarşısının alınması və orta hərəkət sürətinin artırılması məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli 890 №-li Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən İnşaatçılar prospektinə qədər olan hissəsində yenidənqurma işlərinə başlanılıb. Layihə üzrə tikinti ərazisinə düşən yaşıllıqların ərazidən kənarlaşdırılmasına zərurət yaranıb.

Qeyd edilənləri və layihənin əhəmiyyətini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin yaşıllıqların köçürülməsinə dair müvafiq ekspertiza rəyi verilmişdir. Rəyin icrasına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən nəzarət edilir. Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilmişdir. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.

Bildiririk ki, ekspertiza rəyində qeyd edilən ağac və kolların sayı ilkin layihəyə uyğun nəzərdə tutulub. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidəki yaşıllıqların mühafizəsi məqsədilə yolun layihəsində müəyyən dəyişikliklər edilib. Buna görə də ekspertiza rəyində qeyd edilən ağaclarn qalan hissəsi yolun hər iki kənarında yerləşir və onların köçürülməsinə zərurət yaranmır. Köçürülən ağaclar suvarma ilə təmin edilib avtomobil yollarının mühafizə zolaqlarına olan münbit torpaq sahələrinə köçürülüb. Bu ağaclara daim aqrotexniki qulluq göstərilir və onlar inkişaf etməkdədirlər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!