Yasamalda “Kalaşnikov“ satmaq istəyən şəxs tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda “Kalaşnikov“ satmaq istəyən şəxs tutuldu - Video

Kriminal

08 Fevral 2022 17:11 673


Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Bölməyə Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda  silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Dominos pizza

Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar. Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.

Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!