Yasamaldakı bu obyektin fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Yasamaldakı bu obyektin fəaliyyəti dayandırıldı

Hadisə

19 Oktyabr 2024 12:51 798


Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən "RD Smart" QSC-yə məxsus anbarda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, obyekt yanğın su hovuzu, avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi, ilkin yanğınsöndürmə vasitələri və daxili yanğın su kranları ilə təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib. pizza sifarişi

Qeyd edilib ki, anbar otağında taxta konstruksiyalardan ibarət olan rəflər odadavamlı məhlulla hopdurulmayıb, daxili əmrlə könüllü yanğınsöndürən dəstəsi təyin edilməyib və obyektin əməkdaşları yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb.

Həmçinin obyektin fəaliyyəti, habelə təxliyə planı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı vurğulanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş anbarın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!