Yaşar Güler Bakı ilə İrəvan arasında sülh sazişindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Güler Bakı ilə İrəvan arasında sülh sazişindən danışdı

Siyasət

15 Dekabr 2024 17:50 442


"Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Nazirliyin Mətbuat Xidməti Y.Gülərin çıxışının mətnini yayıb.

Nazir bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır. pizza hut

Y.Gülər qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir:

"Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. "Bir millət - iki dövlət" şüarı ilə əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq", - Y.Gülər vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!