Yaşar Nurinin qızı üsyan etdi: “Utanıram, nəyi satım?“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Nurinin qızı üsyan etdi: “Utanıram, nəyi satım?“ - Video

Şou

27 Oktyabr 2021 17:40 8238


"İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım?!”

Yenisabah.az xəbər verir ki, bu sözləri korifey snətkar Yaşar Nurinin qızı müğənni Ülkər Yaşarqızı deyib. ATV telekanalında yayımlanan “Günün Sədası” proqramının qonağı olan ifaçı maddi baxımdan çətinlik çəkdiyini bildirib:

“Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da. O qədər yorulmuşam ki... Mən qürurlu olmuşam, maddi sıxıntılarım barədə danışmamışam”. Marqarita pizza

Sənətkarın həyat yoldaşı Rəhimə xanım və qızı mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!