Yaşar Nurinin xanımı: “Özümü bağışlaya bilmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Nurinin xanımı: “Özümü bağışlaya bilmirəm“

Mədəniyyət

12 Mart 2021 16:57 1382


Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Hadisə aktyorun Novxanıda yerləşən bağ evində qeydə alınıb. Bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus  əşyalar oğurlanıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva oğruların hələ ki, tapılmadığını deyib: pizza sifarişi

“Hadisə baş verəndən sonra iki-üç gün ərzində bunu ictimailəşdirmək istəmirdik. Çünki  hüquq-mühafizə orqanlarına müraciət edilmişdi. Onların  işinə mane olmamaq üçün rəsmi açıqlama vermək istəmirdim. Lakin bir gün sonra – hadisənin səhəri artıq mətbuatda bu barədə xəbərlər yayılmışdı. Hər kəsin məlumat əldə etmə və söz azadlığı var. Hüquq-mühafizə orqanları bu işlə məşğuldurlar. Sağ olsunlar, tez-tez mənə zəng vururlar, mütəmadi əlaqədəyik, nəsə lazım olanda faktları məndən soruşurlar, deyirəm. Bu beş gün ərzində hər gün əlaqə saxlamışıq, bu barədə heç bir problemim yoxdur. Oğrular inşallah, tapılar. Bu kiçik bir kitab, dəftər deyil, cinayət işidir”.   

Sənətkarın həyat yoldaşı oğurlanan əşyaların siyahısını deməkdən imtina edib:

“Əgər oğurlanan əşyaları saysam, siyahı uzun olar. Həm də həmin əşyalar qiymətli əşyalar deyil, sadəcə onları saydıqca mənə mənəvi ziyan dəyəcək. Maddi dəyərini hesablasaq bəlkə də  bir şey deyil, amma mən daxilən özümü bağışlaya bilmirəm ki, axı niyə belə oldu? İndi oğurlanan əşyaları sadalamağım nə mənim şəxsiyyətimə, nə də mərhum Yaşar Nuriyə yaraşmaz. Oğrular tapılandan sonra bu haqda açıqlayaram, amma indi istəmirəm. Lakin şəxsi əşyalar oğurlanıb, bu, danılmaz faktdır”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!