Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Kriminal

23 Noyabr 2020 15:11 1051


Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənov və Boluslu kənd sakini Kamil Əliyev ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.  Pepperoni pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!